Optik sıxlıq
Optik sıxlıq — işığın uducu mühitdə, aşkarlanmış fotolövhələrdə, işıq süzgəclərində və s. optik sistemlərdə udulmasını xarakterizə edən optik parametr.
Buraxma əmsalının (
τ
{\displaystyle \tau }
) tərs qiymətinin onluq loqarifmi ilə təyin olunur:
D
=
lg
(
1
/
τ
{\displaystyle D=\lg(1/\tau }
), yaxud
D
=
lg
F
d
a
x
F
x
a
r
{\displaystyle D=\lg {\frac {F_{dax}}{F_{xar}}}}
.
Burada Fdax və Fxar uyğun olaraq verilmiş dalğa uzunluğuna malik işığın obyektə daxil olma və ondan xaric olma intensivliyidir.
D=4 olması o deməkdir ki, işıq 104=10 000 dəfə zəifləyib, yəni insana bu, mütləq qara obyekt kimi görsənir.
Optik sıxlıq monoxromatik şüalanma zamanı additiv kəmiyyətdir, yəni ardıcıl qoyulmuş bir neçə obyektin optik sıxlığı bu obyektlərin optik sıxlıqının additiv cə-minə bərabərdir. Şüalanma qeyri-monoxromatik olduqda, udma qabiliyyətinə malik olan obyektlərin optik sıxlığı ayrı-ayrı obyektlərin optik sıxlığının cəmindən kiçikdir. Səpici olmayan bircins mühitlər monoxromatik şüalanmaya məruz qaldıqda (uducu layın üzlərindən qayıtma nəzərə alınmadıqda) onların optik sıxlıqğı D=
κ
{\displaystyle \kappa }
cl kimi təyin olunur (c—konsentrasiya, l—uducu mühit layının qalınlığı,
κ
{\displaystyle \kappa }
—maddə-nin vahid konsentrasiyasın müvafiq udma əmsalıdır). Uducu layın işıq düşən və çıxan üzlərindən qayıtma baş verdiyi nəzərə alındıqda D =
κ
{\displaystyle \kappa }
cl— lg[(1— R1) (1— R2)] olur (R1 və R2 uducu mühit üzlərinin qaytarma əmsallarıdır). Mühit qismən səpici olduqda optik sıxlıq düşən işıq dəstəsinin forma və ölçülərindən asılı olur.